BAKI, 1 dekabr. TELEQRAF

Dekabrın 4-5-də Bişkekdə Koreya-Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq Platforması adlı biznes forum keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan İqtisadiyyat və Ticarət Nazirliyi məlumat yayıb.

Tədbir Cənubi Koreya Ticarət, Sənaye və Energetika Nazirliyinin dəstəyi ilə təşkil olunur. Forumda Cənubi Koreya, Qırğızıstan, Qazaxıstan və Özbəkistan nümayəndələri iştirak edəcəklər.

Tədbirin keçirilməsində məqsəd kiçik və orta sahibkarlıq subyektlərinin satış kanallarına daxil olmaq imkanlarını genişləndirmək, tənzimləmə, sertifikatlaşdırma, logistika üzrə məlumat əldə etmək, o cümlədən Cənubi Koreya ilə region ölkələri arasında tərəfdaşlığının gücləndirilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsinə kömək etməkdir.