BAKI, 1 oktyabr. TELEQRAF

“Qırğızıstanda köhnə seçki sistemini ləğv etmişik”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov qarşıdan gələn parlament seçkiləri ərəfəsində xalqa müraciətində bildirib.

“Müstəqillik əldə etdikdən sonra 30 il ərzində Qırğızıstanda üç dövlət çevrilişi olub. Hər üçü seçkilərdən qaynaqlanıb. Üç dəfə ölkəmiz dağılmaq ərəfəsində idi. Çünki seçkilər ədalətli keçirilməmişdi. Bir namizədin səsi digərinin səsinə əlavə edilir və ya daha az səs toplayan namizədin səsi artırılır, səslər alınır, hakimiyyətdəkilərin istədiyi kimi seçkilər keçirilirdi.

İndi biz o köhnə seçki sistemini ləğv etmişik”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, Qırğızıstanda növbəti parlament seçkiləri noyabrın 30-da keçiriləcək.