BAKI, 29 sentyabr. TELEQRAF
Özbəkistanın Ügənc şəhərində iki ölkə arasında xarici ticarətin müqayisəli təhlilini aparmaq üçün Türkmənistan və Özbəkistan gömrükçülərinin görüşü keçirilib.
Teleqraf xəbər verir ki, iclasda mütəxəssislər ticarət axınları ilə bağlı məlumatları qiymətləndiriblər.
Fikir mübadiləsi statistikadakı uyğunsuzluqları müəyyən edib aradan qaldırmağa imkan verib.
Qeyd edilib ki, bu uzlaşma mexanizminin əsasını 2022-ci ildə Daşkənddə imzalanmış müntəzəm məlumat mübadiləsi haqqında saziş təşkil eir.
Gömrük xidmətləri arasında birgə iş xarici ticarətin şəffaflığının artırılması, qeyri-qanuni daşımalara nəzarətin gücləndirilməsi, makroiqtisadi göstəricilərin yaxşılaşdırılması istiqamətində mühüm addıma çevrilib. Bu qarşılıqlı fəaliyyət ikitərəfli ticarət əlaqələrinin inkişafına və Mərkəzi Asiya daxilində ticarət axınının yaxşılaşmasına töhfə verir.