BAKI, 29 sentyabr. TELEQRAF

“Avropa ölkələri Rusiya ilə müharibə apara bilməz”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Moskvanın heç kimlə, o cümlədən Avropa ilə müharibəyə ehtiyacı yoxdur. Rusiya həmişə Avropaya işğalçı deyil, xilaskar kimi gəlib”, - o qeyd edib.

Rusiya rəsmisi xəbərdarlıq edib ki, əgər Avropa ölkələrinin liderləri belə bir müharibəyə başlamaq səhvinə yol versələr, bu, kütləvi qırğın (nüvə) silahlarından istifadə etməklə münaqişəyə səbəb ola biləcək təhlükəli eskalasiyaya gətirib çıxara bilər.

Medvedev Avropa ölkələrinin Rusiya ilə müharibəyə tab gətirə bilməyəcəyini və qitə liderlərində strateji düşüncənin olmadığını iddia edib:

“Avropa ilə müharibə Rusiyanın maraqlarına ziddir... və baş verməməlidir. Avropa ölkələri zəifdir və parçalanıblar və Rusiya ilə müharibəyə tab gətirə bilməzlər. Avropa təkbaşına Rusiya ilə müharibəyə başlaya bilməyəcək”.