BAKI, 29 iyul. TELEQRAF
Çinin "iSpace" şirkəti "Hyperbola-1" raketini Enshi Xidu Shanquan peyki ilə uğurla orbitə buraxıb.
Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.
Kosmik gəmi ilə daşıyıcının orbitə buraxılması iyulun 29-da Çinin şimal-qərbindəki Cyuquan kosmodromundan baş tutub.
Dörd pilləli "Hyperbola-1" raketinin uzunluğu 21 metrddir və Yerin aşağı orbitinə 300 kiloqram yük daşıya bilir.