BAKI, 20 iyul. TELEQRAF
İndoneziyada göyərtəsində 280 nəfərin olduğu sərnişin bərəsi Şimali Sulavesi əyaləti sahillərində yanmağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Jakarta Post" məlumat yayıb.
Yanğından xilas olmaq üçün bəzi sərnişinlər özlərini suya atıblar. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
İndiyə qədər bir nəfərin həyatını itirdiyi təsdiqlənib.