BAKI, 5 may. TELEQRAF
BMT Təhlükəsizlik Şurasının Hindistan və Pakistan arasında gərginliyin artmasına həsr olunmuş iclası 5 may tarixində qapalı məsləhətləşmələr formatında keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə TASS Pakistanın BMT-dəki daimi nümayəndəliyinə istinadən məlumat yayıb.
“Pakistan BMT Təhlükəsizlik Şurasında təcili qapalı məsləhətləşmələrin keçirilməsini rəsmi olaraq tələb edib. Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd iclasdan sonra (jurnalistlər üçün – red.) bəyanatla çıxış edəcək", - məlumatda deyilir.
***
22:59
Pakistan Hindistanla münasibətlərdə gərginliyin artması səbəbindən BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib.
Teleqraf xəbər verir ki, bu barədə diplomatik mənbəyə istinad edən TASS məlumat yayıb.
BMT Təhlükəsizlik Şurasındakı mənbə bildirib ki, iclasın tarixi hələ müəyyən edilməyib.
Xatırladaq ki, aprelin 29-da Hindistan və Pakistan sərhədində bir sıra hərbi toqquşmalar baş verib. Münasibətlərin gərginləşməsinə səbəb 22 aprel tarixində Cammu və Kəşmir bölgəsində baş vermiş terror aktı olub.
Aprelin 30-u Pakistan Silahlı Qüvvələri Hindistanla mümkün hərbi münaqişəyə hazırlığa başlayıb.