
BAKI, 13 aprel. TELEQRAF
Tacikistanın Rəşt rayonunda baş verən güclü zəlzələ nəticəsində üç yaşlı uşaq həlak olub.
Teleqraf xəbər verir ki, Hökumət yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin məlumatına görə, uşağın ölümünə səbəb, yaşadığı evin divarının uçması olub.
Uşaq dağıntılar altında qalaraq həyatını itirib.
Qeyd edək ki, gün ərzində Tacikistan ərazisində iki zəlzələ qeydə alınıb. Birinci zəlzələnin maqnitudası 5.9, ikincisinin isə 4.5 olub. Zəlzələlərin səbəb olduğu zərər və digər fəsadlarla bağlı araşdırmalar davam edir.