
BAKI, 6 aprel. TELEQRAF
Myanmarda 28 martda baş verən 7,7 və 6,4 bal gücündə iki zəlzələ nəticəsində ölənlərin sayı 3471 nəfərə yüksəlib.
Teleqraf "Xinhua" agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 4671 nəfər yaralanıb.
Hazırda itkin düşdüyü ehtimal olunan 200-dən çox şəxsin axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, Zəlzələlər ölkənin mərkəzində yerləşən Sagaing bölgəsi yaxınlığında qeydə alınıb. Tayland və Çin də daxil olmaqla qonşu ölkələrdə də güclü şəkildə hiss olunan zəlzələlər Myanmarda böyük dağıntılara səbəb olub.