
BAKI, 28 mart. TELEQRAF
Myanmada baş verən zəlzələ nəticəsində 144 nəfər ölüb, 700 şəxs yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd edək ki, bu gün Myanmada 7,9 gücündə zəlzələ olub. Zəlzələnin təkanları Çin və Tailandda hiss edilib.
Tailandın paytaxtı Bankokda tikilən bir bina çöküb üç nəfərin öldüyü və ən azı 90 nəfər dağıntılar altında qaldığı bildirilir.