
BAKI, 27 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri hazırlıq mərhələsindədir.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya Beynəlxalq İşlər Şurasının “Rusiya və Hindistan: ikitərəfli münasibətlərin yeni gündəliyinə doğru” konfransının iştirakçılarına videomüraciətində deyib.
"Putin Hindistan hökuməti başçısının dəvətini qəbul edib. Onun Hindistana səfəri hazırlanır. Hindistanın Baş naziri Narendra Modinin keçən il yenidən seçildikdən sonra ilk ikitərəfli xarici səfərini Rusiyaya etməsi simvolikdir. İndi növbə bizdədir", - Lavrov əlavə edib.