
BAKI, 24 mart. TELEQRAF
İndoneziyanın Bali əyalətinin hökuməti xarici turistlər üçün yeni qaydalar açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Antara agentliyi məlumat yayıb.
Yeni qaydalara görə, turistlər ölkənin mədəniyyətinə hörmət etməli, dini məkanlarda və ictimai yerlərdə uyğun geyimdə olmalıdırlar.
Bundan əlavə, lisenziyalı bələdçilərdən istifadə, rəsmi valyutadəyişmə məntəqələrində əməliyyatlar və yalnız yerli valyutadan istifadə etmə qaydaları da tələb olunur.
Hökumət turistləri yerli yol hərəkəti qaydalarına əməl etməyə və 150.000 İndoneziya rupisi (təxminən 10 dollar) rüsum ödəməyə çağırır.