BAKI, 16 mart. TELEQRAF

Yaponiya hökuməti Kyuşu adasında uzaq mənzilli raketlər yerləşdirməyi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilib ki, bu addım yerli sakinlər arasında narahatlıq doğurub.

Hazırda Tip-12 tipli gəmiəleyhinə raketlərin Yaponiyanın yerüstü özünümüdafiə qüvvələrinin qarnizonlarında – Oita prefekturasının Yufu şəhərində və ya Kumamoto şəhərində yerləşdirilməsi imkanları qiymətləndirilir. Bu raketlərin uçuş məsafəsi təxminən 1000 kilometr təşkil edir.

Lakin bölgə sakinləri raketlərin yerləşdirilməsinin ərazilərini potensial hücum hədəfinə çevirə biləcəyindən narahat olduqlarını bildirirlər.