BAKI, 15 mart. TELEQRAF

Banqkokda (Tayland) tikilməkdə olan avtomobil yolunun dəmir-beton dirəyinin uçması nəticəsində azı 5 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli “Khaosod” nəşri məlumat yayıb.

Hadisə şəhəri ölkənin cənub hissəsi ilə birləşdirən magistral yolda baş verib. Bu istiqamətdə nəqliyyatın hərəkətini yüngülləşdirmək üçün nəzərdə tutulan yüksək sürətli avtomobil yolu tikilir.

Hadisə baş verən zaman ərazidə 30-a yaxın işçi olub. Nəqliyyatın hərəkəti hər iki istiqamətdə bağlanıb.