BAKI, 7 mart. TELEQRAF

İndoneziyanın Bali adasında su anbarında əcnəbi turistin meyiti tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Bali Times" də qeyd olunub.

Nəşrin məlumatına görə, çərşənbə axşamı Cimbaran kurortunda qonaq evinin sahibi su anbarını yoxlayarkən kişi meyiti ilə rastlaşıb.

Hələlik yerli hakimiyyət orqanları faciənin səbəblərini açıqlamayıb və ya əcnəbinin şəxsiyyəti ilə bağlı hər hansı əlavə məlumat verməyiblər.

Polis də hadisə ilə bağlı rəsmi açıqlama verməyib, araşdırmalar davam edir.