BAKI, 7 mart. TELEQRAF

Çin-Rusiya dostluğu beynəlxalq mənzərə dəyişsə belə heç vaxt sarsılmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər naziri Van Yi bildirib.

"İki ölkə arasında əlaqələr mürəkkəb dünyada daima yetkin, davamlı və sabit qalacaq. Çin və Rusiya tarixi təcrübələrinə əsaslanaraq bir-birilərinə daimi qonşuluq və dostluq yolu seçiblər və qarşılıqlı fayda əldə etmək üçün əhatəli strateji əməkdaşlıq həyata keçirirlər. Bu yanaşma, həmçinin hər iki xalqın əsas maraqları və zamanın tələbləri ilə uyğun gəlir", - o qeyd edib.