
BAKI, 5 mart. TELEQRAF
Prezident Donald Trampın əlavə rüsumlar tətbiq etdiyi Çin ABŞ məhsullarına 10-15 faiz əlavə rüsumlar tətbiq etməklə cavab verib.
Teleqraf xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Syan ölkəsinin müharibəyə hazır olduğunu da bildirib.
“Hədə-qorxu bizi qorxutmur, zorbalıq bizə qarşı işləmir. Təzyiq, məcburiyyət və ya təhdidlər Çinlə mübarizə üçün düzgün yol deyil. Birləşmiş Ştatların istədiyi müharibədirsə, istər tarif müharibəsi, istər ticarət müharibəsi və ya hər hansı başqa müharibə olsun, biz sona qədər mübarizə aparmağa hazırıq”, - diplomat vurğulayıb.