
BAKI, 5 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin ABŞ qoşunlarının Əfqanıstandan uğursuz şəkildə çıxarılmasından sonra Ukraynanı işğal etmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, Putin ABŞ-nin keçmiş administrasiyasının (Co Bayden) qərarından sonra özünü “güclənmiş” hiss edib.
“Zənn edirəm ki, Putin baş verənləri görəndə “bəlkə bu mənim şansımdır” deyib. Bu, pis idi, baş verməməliydi”, - Tramp vurğulayıb.