
BAKI, 14 fevral. TELEQRAF
"Hindistan Baş naziri Narendra Modi ilə bütün tarixin ən böyük ticarət yollarından birinin qurulmasına kömək etmək üçün birlikdə işləmək barədə razılığa gəlmişəm".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bu, Hindistandan İsrail və İtaliyaya, oradan da ABŞ-yə qədər tərəfdaşlarımızı, avtomobil və dəmir yollarını və sualtı kabelləri birləşdirəcək”, - Tramp Ağ Evdə Modi ilə görüşündə bildirib.
2023-cü ildə ABŞ, Hindistan, İsrail, Yaxın Şərq və Avropa dövlətləri Hindistan-Yaxın Şərq-Avropa beynəlxalq nəqliyyat dəhlizi barədə razılaşma əldə etmişdi.