“Nizami Kino Mərkəzində yanğın baş verməyib. İyunun 9-da paytaxtın Bəşir Səfəroğlu keçəsi 219-da yerləşən "Bakıelektrikşəbəkə"yə aid elektrik qutularının birində nasazlıq yaranıb və bu, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dərhal aradan qaldırılıb. Baş vermiş hadisənin Mərkəzimizə heç bir aidiyyatı yoxdur”.

Bunu Teleqraf.com-a açıqlamasında Nizami Kino Mərkəzinin mətbuat əlaqələndiricisi Arzu Əhədova deyib. O xəbər saytlarında yayılan informasiyanı təkzib edərək Nizami Kino Mərkəzinin fəaliyyətini tam gücü ilə davam etdirdiyini bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında yayılan xəbərlərə görə, Bakıda Nizami Kinoteatrında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə gecə saatlarında olub. Birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.

Yanğınsöndürənləri səyi nəticəsində yanğının qarşısı alınıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yanğının nə səbəbdən baş verməsi məlum deyil.

Nərmin