BAKI, 4 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev rəhbərliyini növbəti qış mövsümü ilə bağlı enerji planının olmamasında ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, bu açıqlama fonunda Zelenski ilə Kiyev meri Vitali Kliçko arasında söz mübahisəsi yaşanıb.

“Ən böyük şəhərlərin hər biri üzrə konkret plan hazırlanıb: enerji, kritik infrastruktur, logistika – növbəti qış üçün. Yalnız Kiyev istisnadır. Paytaxt hazır vəziyyətdə deyil”, - Zelenski “Telegram” kanalında yayımladığı videomüraciətdə bildirib.