Teleqraf.com məşhur sənətçilərin əsli-nəsli, valideynlərinin peşəsi ilə bağlı kiçik bir araşdırma aparıb. Araşdırmanın nəticələrini təqdim edirik:

Zeynəb Xanlarova: "Bakıda Yəhya və Pəricahan Xanlarovaların ailəsində dünyaya gəlib. Atası əslən Şamaxıdan, anası isə xızılıdır. Ailədə beş uşaq olublar, iki bacı, üç qardaş. Xalq artistinin atası Yəhya kişi neft mədənlərində neftçi-fəhlə işləyib. Anası evdar qadın olub”.

Flora Kərimova: "Əslən qəbələli olan atası Kərimbəyovlar nəslindəndir. Anası Şuşalıdır. Uşaq vaxtı valideynləri ayrılıblar. Xalq artisti anası ilə yaşayıb. Amma heç vaxt atasına olan sevgisi itməyib. Flora xanımın bir bacısı, qardaşı var. Atası ziyalı insan olub. Elmi dərəcəsini Moskvada müdafiə edib”.

İlhamə Quliyeva : "Anası Tükəzban İsmayılova xalq artistidir. Atası prokuror Məzahir Quliyev olub. Onların evliliyi uzun çəkməyib. Balaca İlhamənin beş yaşı olanda T.İsmayılova tarzən Həbib Bayramovla ailə qurub. Xalq artisti hər iki ailənin tək övladı olub”.

Fidan və Xuraman Qasımovalar: "Ailədə iki bacıdırlar. Valideynləri dünyalarını tez dəyişib. Onlar incəsənətlə bağlı olublar. Niyazi, F.Əmirov, T.Quliyev və Bakı musiqi elitasının nümayəndələri tez-tez bu ailənin qonağı olurmuşlar”.

Yalçın Rzazadə: "Bakıda ziyalı ailəsində dünyaya gəlib. Anası bakılı, atası lənkəranlı olub, Lənkəranda katib işləyib. Anası haqqında məlumat tapa bilmədik”.

Nisə Qasımova: "Bakıda anadan olub. Atası Fətulla dövlət işində işləyib. Anası evdar xanım olub. Ailədə beş uşaq olublar".

Akif İslamzadə: "Xanəndə Sara Qədimovanın oğludur. Ailədə iki qardaş olublar. A.İslamzadənin atası Qədir İslamzadə tibb texnikumunun direktoru olub. O, S.Qəqədimova ilə evlənəndə ondan 24 yaş böyük olub. Amma ailələri 8 ildən sonra dağılıb. S.Qədimova ikinci dəfə ailə həyatı qurub”.

Brilliant Dadaşova: “Anası Qızxanım məşhur qarmon façısı olub. Əmisi Məlik Dadaşov və əmisi oğlu Rəfael Dadaşov isə tanınmış aktyordurlar. Bacısı Lalə, və bacısı qızı Səidə müğənnidir”.

Faiq Ağayev: “Xalq artistinin anası dindar xanımdır. Atası Balağa Ağayev də dindar olub”.

Röya Ayxan: "Ailədə dörd uşaq olular. Valideynləri ayrılıb. Anası oğlanları ilə Türkiyədə yaşayır və orada xarici dil müəlliməsi işləyir. Atası Yaqub Nəcəfov bir vaxtlar musiqi ilə məşğul olub”.

Rəqsanə