Bu il fevralın 6-dan 8-dək Fransanın Müluz şəhərində “Festivitas” adlı qida və turizm sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AzərTAc-a bildiriblər ki, sərgidə əsasən turizmə aid materiallar, səyahət paketləri və şərablar nümayiş etdiriləcək.

Azərbaycanlı sahibkarlar və iş adamları tədbirə dəvət olunurlar.