Azərbaycanın Xalq artisti, kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar aprelin 15-də Azərbaycan Dövlət Film Fondunda anım tədbiri keçiriləcək.

Dövlət Film Fondundan Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Eldar Quliyevin Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tələbəsi olarkən lentə aldığı iki qısametrajlı bədii filmi nümayiş olunacaq.

Bunlar fondun kolleksiyasına şəxsi arxivdən daxil olmuş “Gözləmə saatı” və Dövlət Film Fondunda elektron bərpa olunmuş “Biri vardı, biri yoxdu...” filmləridir.