Aparıcı Hacı Nuran Hüseynov yenidən müalicəyə yollanıb.

Teleqraf.com xəbər verir ki, o, bu dəfə Avstriyada müayinə olunacaq.

Bu haqda aparıcının özü sosial şəbəkədə yazıb:

"Bir az müalicə almaq vaxtı gəldi çatdı. Avstriyanın paytaxtı Vyana şəhərində yaşayan və Azərbaycandan gələn neçə-neçə xəstə insana təmənnasız yardım edən Arzu Quliyeva mənim müayinəm və müalicəm üçün hər şey etdi. Təşəkkür edirəm".

Qeyd edək ki, Hacı Nuran uzun müddətdir xərçəngdən əziyyət çəkir.