BAKI, 29 iyun. TELEQRAF
Ermənistanın Vaşinqtondakı səfiri Narek Mkrtçyan ABŞ-nin Geoloji Xidmətinin Beynəlxalq Proqramlar Ofisinin direktoru Uilyam Kanninqem ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan səfirliyi məlumat yayıb.
Görüşdə geoloji kəşfiyyatın formalaşdırılması prosesində ABŞ-nin təcrübəsi və ona əsaslanan mümkün əməkdaşlıq sahələri müzakirə olunub, həmçinin nadir və kritik minerallar sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına da toxunulub.
Söhbət zamanı may ayında imzalanmış “Tramp marşrutu” üzrə Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası, Kritik Minerallar və Nadir Torpaqların Çıxarılması və Emalı sahəsində Təchizatın Təmin Edilməsi üzrə Çərçivə Memorandumu kontekstində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.