BAKI, 18 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı kifayət qədər sərt mövqe tutmadığına dair tənqidlərə cavab verib.

Teleqraf xəbər verir ki, Amerika lideri səhmlər bazarında kəskin yüksəlişi və enən neft qiymətlərini öz siyasətinin nəticəsi kimi göstərib.

“İrana qarşı kifayət qədər sərt olmadığımı düşünən bu ağılsızlar, baxmayaraq ki, fond birjası tarixi zirvəyə çatıb, neft qiymətləri isə düşür, ya paxıl, ya pis adam, ya da axmaqdırlar”, - Tramp bildirib.