BAKI, 17 iyun. TELEQRAF
ABŞ Rusiya və Çinlə nüvə arsenallarının azaldılması barədə razılığa gəlmək istəyir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
O qeyd edib ki, ABŞ dünyada ən böyük nüvə silahı arsenalına malikdir, Rusiya ikinci yerdədir, Çin aktiv şəkildə arsenalını genişləndirir, beş il ərzində onlara çata bilər:
“Bizim nüvəsizləşdirmə müqaviləmiz olmalıdır, bu, çox gözəl olardı. Bütün bunlara ehtiyacımız yoxdur, bütün dünyanı 300 dəfə partlatmaq gücünə ehtiyacımız yoxdur. Açığı, bu, sadəcə dəhşətlidir.
Əgər nüvəsizləşdirmə razılaşmasına nail ola bilsək, çox sevinərdim. İki tərəfdən biri bunu həqiqətən istəyir. Sizə deyim: digər tərəf bunu o qədər də istəmir, hər ikisinə ehtiyacınız var”.