BAKI, 17 iyun. TELEQRAF

“ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının davam etdirilməsi iqtisadi fəlakətə səbəb ola bilər”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Dövlət başçısı İran və ABŞ arasında əldə edilən razılaşmanı şərh edərkən bildirib: “Mən iqtisadi fəlakət görmək istəmirəm. Əgər bunu davam etdirsəydiniz, bu, baş verə bilərdi”.

Tramp ABŞ-ni İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağıranları axmaq hesab edir.

O qeyd edib ki, G7 sammitində İranla razılaşmanı digər iştirakçılarla müzakirə edib: “Onlar bizim razılaşma əldə etməyimizə görə ruhlanıblar, hamısı. Heç bir ölkə bizə “Xahiş edirəm, cənab, onlara bomba atmağa davam edin” deməyib. Bunu yalnız axmaqlar deyir”.