BAKI, 17 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla anlaşma memorandumunun cümə günü imzalanacağını gözlədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə danışıb.
“Düşünürəm ki, bu, həyata keçiriləcək. İran imza atmaq, normal həyata qayıtmaq istəyir”, - Tramp deyib.
ABŞ Prezidenti anlaşma memorandumunu “çox güclü” adlandırıb və bu sənədin qısamüddətli yox, tam müqaviləyə bənzəyən əhatəli mətn olduğunu iddia edib.
Donald Tramp əlavə edib ki, əgər anlaşma imzalanmasa, danışıqlar prosesi əvvəldən başlamalı olacaq.