BAKI, 16 iyun. TELEQRAF

ABŞ tezliklə Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Amerika lideri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırıb-planlaşdırmadığı barədə suala belə cavab verib: “Tezliklə bunu etmək imkanımız olacaq, çünki artıq neft axır. Sanksiyaları dayandırmışdıq, çünki neft axınına mane olmaq niyyətində deyilik, ona görə də tezliklə bunu etmək imkanımız olacaq”.

ABŞ Maliyyə Nazirliyi tərəfindən verilən və Rusiya neft tədarükü ilə bağlı güzəştlər nəzərdə tutan lisenziyaların ləğvini nəzərdə tutub-tutmadığı barədə isə Tramp qeyd edib: “Bəli, müəyyən bir məqamda”.