BAKI, 3 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla müqavilə bağlamaq barədə hələ qərar vermədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, “New York Post”a danışıb.
“Qərar verməliyəm: müqavilə imzalayaq, yoxsa başqa bir yol seçək? Digər yol xoşagəlməzdir”, - Tramp deyib.
Amerika lideri fərqli yol tutmaqla nəyə nail ola biləcəyi soruşulduqda belə cavab verib:
“Aydınlaşma. Hər şey bitmiş olardı. Heç bir cəfəngiyat, danışıqlar, gecikmə olmazdı, amma mən bunu sırf humanitar səbəblərdən yaxşı yolla etməyi üstün tutardım”.