BAKI, 1 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının üzvlərini, eləcə də ona sadiq olmadığını iddia etdiyi Respublikaçılar Partiyasının təmsilçilərini İranla razılaşmaya mane olmaqda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə sosial mediada yazıb.
Tramp “axmaqlar” adlandırdığı demokratlar və bəzi respublikaçıların onun İranla razılaşma cəhdlərini çətinləşdirdiklərini deyib.
Prezident əlavə edib ki, bütün amerikalılar rahat olmalı və onun siyasətinə güvənməlidirlər. Donald Tramp sonda hər şeyin yaxşı bitəcəyinə inanır.