BAKI, 1 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Tehranın Vaşinqtonla sülh müqaviləsi bağlamaq niyyətində olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, mümkün razılaşmanın ABŞ-nin maraqlarına xidmət edəcəyinə inanır.

“İran həqiqətən də razılaşma istəyir. Bu, ABŞ və bizimlə olanlar üçün yaxşı olacaq”, - Tramp qeyd edib.