BAKI, 8 aprel. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Vaşinqton və Tehran arasında əldə edilən iki həftəlik atəşkəs razılaşmasını kövrək adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Macarıstanda jurnalistlərə bildirib.

“ABŞ hücumları dayandırmağa razılaşdı. Təkcə ABŞ deyil, müttəfiqlərimiz də hücumları dayandırmağa razı oldular. Bu isə əldə etdiyimiz və hələlik cəmi 8-12 saatdır davam edən kövrək atəşkəsin əsasını təşkil edir”, - Vens vurğulayıb.