BAKI, 8 aprel. TELEQRAF

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin bəyan etdiyi ticarət müharibəsi ilə əlaqədar bu gün ölkədə fövqəladə iqtisadi vəziyyət elan edəcəyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu addımın Venesuela iqtisadiyyatını qorumaq üçün atılacağını deyib.

Venesuela lideri hesab edir ki, ABŞ hökuməti qlobal iqtisadi qaydaları pozur, beynəlxalq ticarət-iqtisadi hüququ və Ümumdünya Ticarət Təşkilatını məhv edir.

Maduro qeyd edib ki, maliyyə bazarlarının çökməsi bütün dünyaya, xüsusən də ABŞ xalqına təsir göstərir.