BAKI, 10 iyun. TELEQRAF

“İrana istənilən təcavüzə gecikmədən cavab verəcəyik”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

“Son qələbə qabaqdadır. İran istənilən təcavüzə qətiyyətlə və tərəddüd etmədən cavab verəcək”, - spiker bildirib.

Qalibaf İran və ABŞ arasında müharibənin davam etdiyini vurğulayıb.