BAKI, 21 aprel. TELEQRAF
“İran ABŞ ilə danışıqlar olmasa, müharibənin yenidən başlamasına tam hazırdır”.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, İran müharibənin yeni mərhələsindən əvvəl yeni sürprizlər hazırlayıb.
CNN bundan əvvəl mənbələrə istinadla ABŞ-İran danışıqlarının ikinci mərhələsinin aprelin 22-də İslamabadda keçiriləcəyini bildirmişdi. Məlumata görə, ABŞ nümayəndə heyətinə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens rəhbərlik edəcək. İranın dövlət televiziyasının məlumatına əsasən, İran nümayəndə heyətinin heç bir üzvü hələlik ABŞ ilə danışıqlar üçün İslamabada gəlməyib.