BAKI, 10 iyun. TELEQRAF

Fələstin Prezidenti Mahmud Abbas HƏMAS Hərəkatının tərksilah edilməsini istəyir.

Teleqraf xəbər verir ki, o, Fransa Prezidenti Emmanuel Makrona məktubunda HƏMAS-ın Qəzza zolağının idarə edilməsində yer almaması fikrini dəstəklədiyini bildirib.

M.Abbas həmçinin Fələstin administrasiyasının Qəzzada sabitliyi təmin etmək üçün ərəb ölkələri və beynəlxalq qüvvələrin yaradılması ideyasına tərəfdar olduğunu vurğulayıb.

Bundan əlavə, Fransa prezidentinə məktubda HƏMAS-ın 2023-cü il oktyabrın 7-də Qəzzadan İsrailin yaşayış məntəqələri və hərbi bazalarına başlatdığı hücum “qəbuledilməz” olaraq vurğulanıb.