BAKI, 2 iyul. TELEQRAF
Bakının Nəsimi rayonunda baş verən dava zamanı bir nəfər bıçaqlanıb.
Teleqraf xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində, Mircəlal Paşayev küçəsində qeydə alınıb.
Məlumata görə, 1991-ci il təvəllüdlü Ramin Saday oğlu Həsənov əlbəyaxa dava zamanı bıçaq xəsarətləri alıb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona zəruri tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.