TOVUZ, 1 iyul. TELEQRAF

Tovuz rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə kafelərdən birində içki məclisi zamanı olub. Asəf Rüstəmov digər masada əyləşən şəxslərlə zarafat edib.

Onun bu hərəkətinə həmkəndlisi Elməddin Quliyev iradla reaksiya verib. Bundan sonra hər iki şəxs arasında mübahisə yaşanıb. Aralarındakı gərginlik yaxınlıqdakı çayxanaya qədər davam edib. Bu zaman A.Rüstəmov bıçaqla onun ürək nahiyyəsinə zərbə endirib.

E.Quliyev elə hadisə yerində vəfat edib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

Elməddin Quliyev

***

Asəf Rüstəmov

***

08:27

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Elməddin Quliyev həmkəndlisi, 1997-ci il təvəllüdlü Asəf Rüstəmov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən A.Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, hadisə zamanı hər iki şəxs spirtli içkinin təsiri altında olub.