GƏNCƏ, 3 iyun. TELEQRAF
Gəncədə qadına bıçaqla xəsarət yetirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1990-cı il təvəllüdlü Aygün İsmayılova bıçaq yarası ilə xəstəxanalardan birinə yerləşdirilib.
İlkin məlumata görə, 36 yaşlı qadını bıçaqlamaqda əri şübhəli bilinir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.