SAMUX, 7 aprel. TELEQRAF

Ötən gün Ziyadlı kəndində baş vermiş bıçaqlanma hadisəsində şübhəli bilinən şəxs salanılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakini 34 yaşlı R. Yolçuyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, rayon sakini 62 yaşlı Yadigar Musayev saxlanılaraq istintaq təhvil verilib.

***

19:26/ 6 aprel

Samuxda baş verən bıçaqlanmanın bəzi detalları bilinib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb. Məlumata görə, hadisəni Yadigar Musayev adlı şəxs törədib. O, xəsarət alan 34 yaşlı Röyal Yolçuyevin anasının xalası oğludur. Hadisə Y. Musayevin işlətdiyi çayxanada baş verib.

İlkin məlumata görə, bıçaqlanan şəxs içki aludəçisidir. Onun çayxanada söyüş söyməsi qanla nəticələnib. Yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə gətirilib.

Faktla bağlı Samux rayon Polis Bölməsində araşdırma başlanılıb.

***
18:34

Samuxda bıçaqlanma faktı qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayon ərazisində çayxanalardan birində baş verib.

İlkin məlumata görə, 1992 ci il təvəllüdlü Röyal Yolçuyev bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirlib. Onun vəziyyəti kafidir. İlkin məlumata görə, onu öz dayısı bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.