BAKI, 5 fevral. TELEQRAF

Ötən gün Xətai rayonu Zeytun küçəsi 18 ünvanında ölüm hadisəsi baş verib.

Teleqraf” ın əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Rüfət Səhrad oğlu Qasımov iş yoldaşı ilə birgə Xətai rayonu ərazisində yerləşən AAYDA-ya məxsus idarədən çıxaraq yaşadığı Qaraçuxur qəsəbəsinə getmək üçün Zeytun küçəsindən keçərkən əsən güclü külək İlham Ələkbərova məxsus fərdi yaşayış evinin daş hasarı uçaraq Rüfət Qasımovun üzərinə düşüb.

İş yoldaşı onu daşların altından çıxararaq təcili yardıma müraciət edib. Lakin R.Qasımov başından aldığı zədəyə görə dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğu araşdırma aparır.