BAKI, 8 yanvar. TELEQRAF

Nəsimi rayonu ərazisində talama cinayəti qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, hadisə zamanı naməlum şəxslər 26 yaşlı zərərçəkənin içərisində 750 manat və bank kartları olan pul kisəsini soyğunçuluqla talayıblar.

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 23 yaşlı Fərid Nuriyev və 37 yaşlı Eltac Ruşanov saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.