BAKI, 8 yanvar. TELEQRAF
Yanvarın 7-də Bakı şəhəri, Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf xəbər verir ki, 1994-cü il təvəllüdlü Əliyev Səlim Etibar oğlunun idarə etdiyi “Mercedes Benz E400” markalı avtomobil Böyükşor yolunda hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Rəsulova Afaq Fikrət qızını vurub.
Ağır xəsarətlər alan piyada Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, orada dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.