BAKI, 24 sentyabr. TELEQRAF

Norveçin paytaxtı Oslo şəhərinin Pilestredet küçəsində güclü partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə yerli “Dagsavisen” nəşri polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanları ərazidə hələ də partlayıcı qurğuların olduğunu bildiriblər. Polis yerli sakinlərdən pəncərələrdən uzaq durmağı xahiş edib.

Məlumatda qeyd olunur ki, küçədə bir neçə partlayıcı qurğu aşkarlanıb və onlardan biri detonasiya edilib.

Polis bir şübhəlini həbs edib. Hüquq-mühafizə orqanları baş verən hadisənin kriminal dairələrlə bağlı ola biləcəyini güman edirlər.