GÖYGÖL, 23 avqust. TELEQRAF
Göygöldə baş verən qəzada xəsarət alan şəxslərin sayının üç nəfər olduğu müəyyənləşib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2001-ci il təvəllüdlü Könül Ələkbərova da Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.
Məlumat üçün bildirək ki, hadisə nəticəsində daha iki nəfər - Ələkbər Ələkbərov və Tunar Ələkbərov xəsarət alıb. Yaralıların hər üçü bir ailənin üzvüdür.
***
20.05
Göygöl rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Üçtəpə kəndində qeydə alınıb.
Kənd sakini Ülfət Temurazovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Gədəbəy rayon sakini Ələkbər Ələkbərova məxsus "Kia Rio" markalı minik avtomobili toqquşub. Nəticədə, Ələkbər Ələkbərov və onun azyaşlı övladı Tunar Ələkbərov bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.