GORANBOY, 20 avqust. TELEQRAF

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində 35 min manat dəyərində günəş panelləri, su mühərriki, samovar və elektrik naqilləri oğurlanıb.

Bu barədə Teleqraf-a DİN-dən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İ.Məmmədov, 29 yaşlı A.Eyvazov və 24 yaşlı İ.Bünyadov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.