GƏNCƏ, 20 avqust. TELEQRAF

Gəncədə avtomobilin aptekə çırpılmasının bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, "Changan" markalı avtomobil "Hundai" markalı maşınla toqquşub.

Nəticədə "Changan" markalı maşının sürücüsü idarəetməni itirib və aptekə çırpılıb.

Qəza yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

***

00.18

Gəncə şəhərində idarəetməni itirən sürücü qəza törədib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Sürücü idarəetməni itirərək avtomobili aptekə çırpıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.